Rusiya Kursk vilayətindən daha çox sakini təxliyə edir

16-08-2024, 12:34           
Rusiya Kursk vilayətindən daha çox sakini təxliyə edir
Rusiya rəsmilərinin çərşənbə günü bildirdiyinə görə, Ukrayna ordusunun Kursk bölgəsinə hücumunu davam etdirdiyi üçün daha 20 min insan təxliyə ediləcək.

Qubernator vəzifəsini icra edən Aleksey Smirnov Telegram mesajlaşma proqramında bildirib ki, Ukrayna ilə həmsərhəd Qluşkov rayonunun boşaldılmasını polis və digər rəsmilər koordinasiya edəcək.

Ukrayna avqustun 6-da trans-sərhəd hücumuna başladıqdan sonra Rusiya 200 minə yaxın insanı təxliyə edib.

Ukraynanın ordu başçısı, general Oleksandr Sırski 100-dən çox rus əsgərinin əsir götürüldüyünü, prezident Volodimir Zelenski isə onların sonda ukraynalı hərbi əsirlərə dəyişdiriləcəyini bildirib.

Zelenski çərşənbə günü gecə çıxışında "Kursk vilayətində irəliləyişimiz bu gün yaxşı gedir. Biz strateji hədəfimizə çatırıq" deyib.

Zelenskinin dediyinə görə, Ukrayna ordusu bu gün Kursk bölgəsində 1-2 kilometr irəliləyib və qoşunları Rusiya ilə sərhəddə yerləşən Sudja şəhərini Moskva qüvvələrindən təmizləməyi başa çatdırıb.

İkinci Dünya Müharibəsindən bəri ilk fədə Rusiya torpaqlarına edilən hücum zamanı Ukrayna qoşunları orada 1000 kvadrat kilometrə qədər əraziyə nəzarəti ələ keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.