Qidalanma pozğunluğu psixoloqu, dietoloq Anna Qrişina bildirib ki, həddən artıq yeməyin aradan qaldırılması problemi dərk etməkdən başlayır. Mütəxəssis Gazeta.Ru ilə söhbətində deyib ki, insanlar stress, narahatlıq və müxtəlif problemlər səbəbindən çox yeyə bilərlər. Psixoloq bildirib ki, emosiya və davranışının tənzimlənməsi həddindən artıq yeməklə mübarizə aparmağa kömək edəcək əsas amildir. Yediyiniz hər şeyi yazmağı, tarixi, vaxtı göstərməyi, aclığın olub-olmamasını, həmçinin sizi yeməyə sövq edən hadisələri qeyd etmək lazımdır.