Hörümçək dişlədi: Qarnında böyük bir deşik açıldı

16-09-2024, 00:11           
Hörümçək dişlədi: Qarnında böyük bir deşik açıldı
Bir britaniyalı üçün kiçik bir hörümçəyin dişləməsi böyük problemə çevrilib.

Bu barədə “Daily Mail” yazır.

59 yaşlı Naycel Hant yayın əvvəlində bir axşam yatağında yatarkən hörümçək onun qarnını dişləyib. Bunun yüngül bir qıcıqdan başqa bir şey olmadığına qərar verən Hant Misirə tətilə getmək də daxil olmaqla gündəlik işlərinə davam edib.

Lakin səfər tezliklə kabusa çevrilib. Tətildən bir neçə gün sonra Hant ağır xəstələnib və hörümçək dişləməsinin böyüməyə başladığını görüb.

O, nəhayət xəstəxanaya gedib, burada aparılan analizlər onun nekrotizan fasiit olduğunu göstərdi. Bu, hörümçək dişləməsi kimi dəri və bədənin yumşaq toxumalarında yaranın bakteriya ilə yoluxduğu nadir bir infeksiyadır.

Bu bakteriyalar çoxaldıqca ətrafdakı toxumaları zədələyən toksinlər buraxırlar. O vaxtdan bəri həkimlər Hantın qarnının bir hissəsini kəsməli olublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.