Astiqmatizm nədir?

8-10-2024, 10:58           
Astiqmatizm nədir?
Astiqmatizm gözün şəffaf təbəqəsi olan buynuz qişanın (kornea) və ya göz linzasının qeyri-normal forma alması nəticəsində yaranan bir göz qüsurudur. Foodinfo.az xəbər verir ki, normalda buynuz qişa və linza mükəmməl sferik forma malik olmalıdır, lakin astiqmatizm zamanı bu forma qeyri-bərabər olur. Bu da işığın gözün tor qişasında düzgün fokuslanmamasına səbəb olur, nəticədə görmə bulanıq və ya təhrifli olur. Astiqmatizm həm yaxını, həm də uzağı görməyə təsir edə bilər və tez-tez miyopiya (yaxıngörmə) və hipermetropiya (uzaqgörmə) ilə birlikdə müşahidə olunur. Adətən eynək, kontakt linza və ya lazer əməliyyatı ilə müalicə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru