“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası AZALDILDI

5-11-2024, 00:02           
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası AZALDILDI
“Tərtər işi” cinayətlərinə görə 6 il 10 aya kimi azadlıqdan məhrum edilmiş 4 hərbçinin cəzası azaldılıb.

TEREF qafqazinfo.az-a istinadla məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.

Qərara əsasən, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hərəsinin cəzası 3 ay azaldılıb.

Hökm qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, 2021-ci ildə istintaqı yenilənmiş “Tərtər işi” üzrə həbs edilmiş sonuncu dəstəyə ötən gün hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru