İranda tələbələrə erməni dili öyrədilir: Türk dili isə "unudulub"
7-11-2024, 11:25
İran Konstitusiyanın 15-ci maddəsinə əsasən, məktəblərdə erməni və gürcü dillərinin tədrisi təşkil olunur.
"Cebheinfo.az" xəbər verir ki, amma ölkənin əsas qanun Azərbaycan türkcəsinə şamil edilmir.
"Telegram" kanallarında yayılan məlumatlara görə, İsfahanın Buin Miyandəşt şəhərində tələbələr boş vaxtlarında ilk dəfə gürcü dilini öyrənməyə başlayıblar. Burada gürcü dili ilə yanaşı, digər dillər, o cümlədən erməni dili də tədris olunur.Amma Azərbaycan türkcəsinin öyrədilməsi "unudulub".
Halbuki Azərbaycan türkcəsi nəsildən-nəslə ötürülməlidir və Güney azərbaycanlılar öz ana dilini bilməlidirlər.