Qaya parçası “Chevrolet”in üzərinə düşdü; 3 nəfər ölüb - FOTO

12-11-2024, 07:34           
Qaya parçası “Chevrolet”in üzərinə düşdü;  3 nəfər ölüb - FOTO
Özbəkistanda Taxtakaraça aşırımındakı yolda avtomobilin üzərinə qaya parçası düşməsi nəticəsində 3 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 6-da Qaşqadərya vilayətinin Kitab–Səmərqənd istiqamətində M-39 avtomobil yolunun 1138-ci kilometrliyində qeydə alınıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinin teleqram səhifəsində bildirib.

Belə ki, “Chevrolet Cobalt” avtomobili yağıntılar səbəbindən dağ yamacından qopan qaya parçasının altında qalaraq əzilib.

Qəza zamanı avtomobilin salonunda olan 3 nəfər ölüb.

Hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru