Livanlı qaçqınlar üçün humanitar yardım aparan karvana hücum edilib

12-11-2024, 10:44           
Livanlı qaçqınlar üçün humanitar yardım aparan karvana hücum edilib
Homs-Dəməşq avtomobil yolu İsrail hərbi hava qüvvələrinin zərbələri səbəbindən bağlanıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Homs əyalətinin Şəmsin bölgəsində humanitar yardım karvanına hücum edib. AYNA xəbər verir ki, bu barədə “Al-Ekhbaria” telekanalı məlumat yayıb.

Bildirilib ki, Homs-Dəməşq avtomobil yolu İsrail hərbi hava qüvvələrinin zərbələri səbəbindən bağlanıb. Qeyd olunub ki, humanitar yardım livanlı qaçqınlar üçün nəzərdə tutulub.

İsrailin Dəməşqin cənub-şərq ətrafına hücum etməsi xəbərindən bir gün əvvəl işğal altındakı Qolan təpələrindən raketlər atılıb. Onlarla mülki şəxs yaralanıb. Hava zərbələri zamanı Suriya ordusunun tərəfində vuruşan “Hizbullah” birləşmələrinin döyüşçüləri məhv edilib.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru