Yəhudi "Maşa” və erməni “Ayı”ları ABŞ-da dələduzluq üstündə saxlanılıblar
Bu gün, 17:54
Plan zədələnmiş avtomobillərə görə sığorta şirkətlərindən kompensasiya almaq idi. Kaliforniyada qeyri-adi sxemdən istifadə edərək dələduzluqla məşğul olan üç kişi (Ruben Tamrazyan, Ararat Çirikyan, Vahe Muradxanyan) və bir qadın (Alfia Tsukerman) saxlanılıb. Sputnik Ermənistan-ın məlumatına görə, qrup üzvlərindən biri ayı paltarı geyinərək saxta caynaqlarla bahalı avtomobillərə ziyan vurub ki, sahibləri sığorta şirkəti qarşısında iddia qaldırsınlar və təzminat ala bilsinlər. Mütəxəssislərin araşdırmalar zamanı istifadə etdikləri müşahidə kameralarının videoyazıları sayəsində dələduzluğun üstü açılıb. Həbs edilənlərin hamısı sığorta dələduzluğu və sui-qəsddə ittiham olunub. Sığorta şirkətlərinə dəyən ümumi zərər 141 839 dollar olub. Şübhəlilər dələduzluq ittihamı ilə məhkəməni gözləyirlər. Qeyd edək ki, rus cizgi filmi qəhrəmanları ""Maşa və Ayı"nın kostyumlarını geyinib dələduzluq edənlərdən 3-ü erməni millətindən olan kişi, 1-i isə yəhudi əsilli qadın olub.