Valensiyada daşqınlar nəticəsində 12 ölkənin vətəndaşı həlak olub

15-11-2024, 17:17           
Valensiyada daşqınlar nəticəsində 12 ölkənin vətəndaşı həlak olub
İspaniyanın şərqindəki Valensiya muxtar icmasında oktyabrın sonunda baş verən daşqınlar nəticəsində 12 ölkənin vətəndaşı həlak olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Məlumat İnteqrasiya Mərkəzi məlumat yayıb.

Mərkəzin Valensiya Ali Məhkəməsinin "X" hesabında paylaşdığı press-relizdə qeyd olunub ki, təbii fəlakət nəticəsində həlak olmuş 216 insanın qalıqlarının təhlili aparılıb. Bildirilir ki, onların təxminən yarısı 70 yaşdan yuxarı insanlardır.

Ölənlər arasında İspaniya vətəndaşlarından başqa, daha 11 ölkədən 26 əcnəbi də var. Təbii fəlakətin qurbanları arasında Rumıniyadan doqquz, Çindən dörd, Mərakeşdən dörd, Böyük Britaniyadan isə iki nəfər yer alır. Bundan əlavə, həlak olanlar arasında Venesuela, Kolumbiya, Niderland, Paraqvay, Tunis, Ukrayna və Ekvadordan olan vətəndaşlar da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru