İspaniyada qocalar evi yandı: ölənlər var

16-11-2024, 16:14           
İspaniyada qocalar evi yandı: ölənlər var
İspaniyanın şimal-şərqində Saraqosa şəhəri yaxınlığındakı Villafranca de Ebroda bələdiyyəsində qocalar evində baş verən yanğın azı on nəfərin ölümünə səbəb olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alan daha iki nəfərin vəziyyəti ağırdır.

Hadisə yerli vaxtla saat beş radələrində binadakı otaqların birində başlayıb. Yanğın zamanı binada 82 sakin və mərkəzin bir neçə işçisi olub. Hazırda hadisə yerində yanğınsöndürənlər, polislər, həkimlər və psixoloqlar işləyir.

Yanğının səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru