FTB Hyustonda terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb

Bu gün, 10:24           
FTB Hyustonda terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb
ABŞ vətəndaşı 11 sentyabr ssenarisi əsasında terror aktı hazırlamaqda çübhəli bilinir

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Texas ştatının Hyuston şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən ölkə vətəndaşını saxlayıb. AYNA xəbər verir ki, bu barədə FTB-nin yerli filialının “X” sosial şəbəkə hesabında məlumat yerləşdirilib.

Bildirilib ki, 28 yaşlı Ənəs Səid mənzilinin olduğu yaşayış kompleksində saxlanılıb.

"Biz Hyustonda potensial terror hücumunun qarşısını aldıq", məlumatda vurğulanıb.

Bildirilib ki, dindirilmə zamanı şübhəli şəxs “2001-ci il sentyabrın 11-i üslubunda” terror aktı törətmək niyyətində olduğunu etiraf edib. Eyni zamanda, Səidin hücumu həyata keçirmək üçün bütün lazımi resursları olub.

Təhlükəsizlik xidməti onu da müəyyən edib ki, gənc öz mənzilini İŞİD üzvlərinə sığınacaq kimi təklif edib. Üstəlik, o, qrupun ideyalarını cəmiyyətdə təbliğ etməyə çalışıb və Hyustondakı dövlət idarələrinə hücum etmək imkanlarını öyrənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.