121 milyon dollara satılan rəsm

21-11-2024, 10:14           
121 milyon dollara satılan rəsm
Belçikalı sürrealist rəssam Rene Maqrittin “İşıq imperiyası” adlı tablosu Nyu-Yorkda “Christie's” hərracında 121,2 milyon dollara satılıb.

Modern.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu, ilin əvvəlindən bəri satılan sənət əsərləri üçün rekord qiymətdir. Maqritt tərəfindən 1954-cü ildə çəkilmiş tablonu anonim şəxs telefon vasitəsilə alıb.

“İşıq imperiyası” ağaclarla əhatə olunmuş evləri təsvir edən eyniadlı 17 rəsm seriyasıdır. Səciyyəvi cəhəti ondan ibarətdir ki, evlər və ağaclar gecə işığında, onların üzərindəki səma isə gündüz işığında çəkilib. “Christie's” tərəfindən satılan rəsm əsəri seriyanın ən böyüyüdür və hündürlüyü təxminən 1,2 metrdir.

Həmçinin hərracda müasir amerikalı rəssam Edvard Ruşanın bir tablosu 68,3 milyon dollara satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru