BDYPİ-nin “Siqnal” idarəsinin rəisi işdən çıxarıldı

29-09-2016, 17:28           

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə yeni rəis təyin olunub.

teref.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, idarə rəisi Məhəmməd Məmmədov vəzifəsindən azad edilib.

Buna səbəb M.Məmmədovun təqaüd yaşına çatması göstərilib.

Onun yerinə polis polkovnik-leytenantı Mahir Məmmədyarov təyin edilib.

M.Məmmədyarov bundan əvvəl BDYPİ-də tağım komandiri vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru