Oğraşlaşmanın anatomiyası - "Qudamın əxlaqsız təklifini rədd etdim, qızımı boşatdırır" - Zərərçəkmiş qadından
1-10-2016, 07:07
İndi gənc ailələrin dağılması adi hala çevrilib. Boşanmalara gətirən səbəblər isə hərdən ürək bulandırır. Çox vaxt gənc ailənin dağılmasında təzə gəlin, bəyin rolu belə olmur. İki tərəfin yaxınlarının şəxsi maraqları, çirkin ambisiyaları gənc ailəsinin sonuna bəs edir. Mətanət adlı xanım altı aydır yeganə övladı-qızını gəlin köçürüb. Lakin bir az əvvəl qızını evindən qovublar. Ananın sözlərinə görə, qızının ailəsini qudası Ağakişi adlı şəxs dağıtmağa çalışır. Səbəb isə qudasının ona etdiyi çirkin təklifi rədd etməsidir.
Zərərçəkmiş xanım ailəsinin başına gətirilənləri Qafqazinfo-ya danışıb.
Mətanət xanım deyir ki, baş verənlərdən dəhşətə gəlib. “Qızım ali təhsillidir, atasız, təkbaşına böyütmüşəm. Bacımoğlunun dostu ilə ailə qurub. Kürəkənim pis uşaq deyil, amma ana-ata uşağıdı, onların dediyindən çıxmır. Baş verənlərdə bir səhvim o oldu ki, mən qızımın gəlin gedəcəyi ailəni yaxşı araşdırmadım. Düzdür, kürəkənimdən altı ay ərzində pis davranış görməmişəm. Amma ailəsi tamam başqa tərbiyəyə malikdi. Təxminən bir ay əvvəl rayonda idik. Qudamın toydan sonrakı münasibəti xoşuma gəlmirdi. Rayonda isə mənə əxlaqsız təkliflər etməyə başladı. Yəqin,mənim dul, sahibsiz olduğumdan cəsarətlənib. Əlbəttə ki, bir namuslu qadın kimi dəfələrlə bu hərəkətini pislədim. Bu barədə yaxınlarıma da dedim. Amma qudam Ağakişi niyyətindən əl çəkmədi. Məni təhdid etdi ki, qarşılıq verməsəm qızımı oğlundan ayıracaq. Nəticədə dediyini etdi də. Avqustun 30-u səhər qızımla kürəkənimi öz evlərindən qovdu. Hətta bunu xüsusi planla etdi. Qızımgilin ev açarlarını vermədilər deyə, evlərinə qapını qırıb girdilər. Qudam ora polis gətirtdi. Onlara dedi ki, uşaqları ordan çıxarsınlar. Qızım elə həmin gündən döyülərək yanıma göndərilib. Məsələylə bağlı 37-ci polis bölməsində iş açıldı, amma bu vaxta qədər xəbər yoxdur. Dedilər ki, Xətai rayon Prokurorluğunda işə baxılır. Amma öyrəndim ki, məsələnin araşdırılması yenidən 37-ci bölməyə göndərilib. O, hesab edir ki, ona hər çür hərəkət olar.
Çox çarəsiz qalmışam. Həm təhqir olunmuşam, həm də haqsız kimi ortada qalmışam. Qızımın ailəsi isə dağilır. Kürəkənim zəif xarakterlidi. Anası, atasının sözündən keçmir. Mən oğlan evinin qarşısında əzilməsin deyə, borca girib bahalı mebel, cehiz almalı olmuşam. Banklara borcum var. Qızımı əziyyətlə böyütmüşəm ki, kiminsə çirkin niyyətinin qurbanı olsun? Mən çox yerə müraciət etmişəm, qadın problemləriylə məşğul olan təşkilat nümayəndələri ilə görüşmüşəm. Heç bir yardım etmədilər. Mənə məsləhət gördülər ki, qızımın cehizlərini oradan çıxarım. Belə ailədən can qurtarmağımı tövsiyyə etdilər. Mən sadəcə mənə dəymiş mənəvi zərərin tanınmasını və qızımın ailəsinin dağılmamasını istəyirəm. Axı qızımın ayrılıqda normal ailəsi vardı. Belə haqsızlıqmı olar? Bu zamanda namuslu olmaq da günahdırmı? Bu artıq tək ailə məsələsi deyil. İctimaiyyət də belə insanları, ailə başçılarını ifşa etməlidir.Yalvarıram mənə yardım edin.”