Bakıda qadın maşının qapısını bağlamadı — Başına iş gəldi

2-10-2016, 21:49           

Bakı sakininin avtomobilindən oğurluq edilib.

teref.az-nun Lent.az-a istinadən məlumatına görə, Suraxanı rayon Polis İdarəsinə müraciət edən 1987-ci il təvəllüdlü Cəbiyeva İlahə Elman qızı Əmircan qəsəbəsindəki bazarın qarşısında saxladığı avtomobilin qapısını bağlamağı unutduğunu və 10 dəqiqə sonra geri qayıdarkən maşından xeyli pulun oğurlandığını müəyyən etdiyini bildirib. Şikayətçi avtomobildən 7 yaşlı oğlunun şəxsiyyət vəsiqəsinin də götürüldüyünü əlavə edib.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru