QMİ-dən :"Hansı qurum qadağa qoyubsa, elə özləri də şərh versinlər."

5-10-2016, 18:29           
QMİ-dən :"Hansı qurum qadağa qoyubsa, elə özləri də şərh versinlər."
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdən danışarkən Məhərrəm ayında dini ayinlər zamanı evlərdə toplaşmağın, küçələrə çıxmağın yolverilməz olduğunu açıqlayıb.

Modern.az qadağaya ölkədə dini məsələlərə nəzarət edən Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini öyrənib.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hansı qurum məsələyə dair qadağa qoyubsa, elə özləri də şərh versinlər:

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası tərəfindən Məhərrəm ayı ilə bağlı fətva verilib. Həmin fətvada lazımi məsələlər öz əksini tapıb. Kim, hansı qurum ayinlərin icrası ilə bağlı qadağa qoyursa, biz buna şərh vermirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.