Tovuz RMX-nda həkimlər yanmış uşağa baxmaqdan imtina ediblər

5-10-2016, 18:33           
Tovuz RMX-nda həkimlər yanmış uşağa baxmaqdan imtina ediblər
Fotoda gördüynüz bu uşağın 1 yaşı var. Tovuz rayon Aşiğalillar kəndindəndir.

Avropa.info-ya daxil olan məlumata görə, bu gün səhər ehtiyatsızlıq üzündən qaynar su tökülərək, uşağın əl və ayağı tamamiilə yanıb.

Uşaq dərhal mərkəzi Tovuz rayon xəstəxanasina çatdırılsa da, həkimlər ona baxmaqdan imtina edib.

Avropa.info-ya məlumat verən xəstənin yaxınları qeyd ediblər ki, Fəxrəddin adlı həkim isə onun yaxınlarını ağır söyüşlərlə təhqir edib. Həkim uşağın qoca nənəsini itələyib və xəsarət yetrib.

Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimi ilə əlaqə saxlamağa çalişdıq. Məlum oldu ki, baş həkim işdə deyil, öz müalicəsi ilə bağli Ukraynaya müalicəyə gedib.

Xəstənin yaxınları bildiriblər ki, həkim Fəxrəddin isə uşağı müalicədən imtina edib, deyib ki, kimə istəyirlər şikayət etsinlər:

"Hal-hazırda uşaq ev şəraitində ağrikəsicilərlə müalicə alır, xəstənin Bakiya gətirilməsi üçün qohum-qonşudan pul yığilır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.