Musiqiçi qardaşlar amansızlıqla bıçaqlandı - Video

5-10-2016, 23:21           

Bu gün saat 18:00 radələrində Şəkinin Baş Layski kəndi ərazisində bıçaqlanma hadisəsi baş verib.

ARB xəbər verir ki, hadisə zamanı iki qardaş - Şəkinin Baş Layski kənd sakinləri Qəribov Qabil Vəli oğlu və Qəribov Təbriz Vəli oğlu bıçaqlanıb. Şahidlərin sözlərinə görə, hadisəni onların həmkəndlisi Bəkirov Mikayıl Rafiq oğlu törədib.

Hadisə zamanı Mikayılla Təbriz arasında münaqişə baş verib. Daha sonra onlar kəndin çıxacağı tərəfdəki körpünün yaxınlığında münaqişəni davam etdiriblər. Bu zaman içkili olan Mikayıl Təbrizi bıçaqlayıb. Qardaşının köməyinə çatan Qabil də həmin zaman qol nahiyəsindən xəsarət alıb.

Xəstəxanadan verilən məlumata görə, Təbriz xəstəxanaya sağ kürək nayihəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası, Qabil isə sol bazunun yuxarı üçdə birinin kəsilmiş yarası ilə daxil olub.

Faktla bağlı Şəki ŞRPŞ tərəfindən cinayət işi açılıb, araşdırmalar aparılır. Onu da qeyd edək ki, xəsarət alan qardaşlar Şəkidə el şənliklərində çıxış edən musiqi qrupunun üzvləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru