Hakerlər bir milyon rusiyalını "Wi-Fi"sız qoydular

25-03-2025, 11:28           
Hakerlər bir milyon rusiyalını "Wi-Fi"sız qoydular
İnternetdə "Keenetic" modemlərinin işində zəifliklərlə bağlı irimiqyaslı məlumat sızması aşkar edilib.
Championat.com xəbər verir ki, hakerlər cihazın mobil əlavəsini sındıra bilib və bu, hələ 2023-cü ildə baş verib.

Təhdidlər əsasən Rusiyadan olan istifadəçilərə təsir edib, təxminən 944 min nəfər "Wi-Fi"sız qalıb. Sonrakı yerdə türkiyəli modem sahibləri (48 min), üçüncü yerdə isə ingilisdilli istifadəçilər (39 min nəfər) yer alıblar.

"Keenetic" nümayəndələri hücumu etiraf edib, lakin ödəniş və digər vacib məlumatların təhlükəsiz olaraq qalacağını bildiriblər. Belə ki, modem belə məlumatları saxlamır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru