Allahşükür Paşazadənin səhhətində problem yaranıb

30-03-2025, 12:40           
Allahşükür Paşazadənin səhhətində problem yaranıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki Ramazan bayramı namazında iştirak etməyib.

Teleqraf-ın məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, buna səbəb A.Paşazadənin səhhətində problemlər yaranmasıdır.

Hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də, dini lider bayram namazına qatıla bilməyib.

Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.

Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru