Ukraynanın F-16-nı ruslar vurub? - Təfərrüatlar...

Dünən, 12:14           
Ukraynanın F-16-nı ruslar vurub? - Təfərrüatlar...
Ukrayna Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısının qəzaya uğraması bölgədəki hərbi balans və hava üstünlüyü məsələsini yenidən gündəmə gətirib. Hadisənin təfərrüatları tam dəqiqləşməsə də, müxtəlif mənbələr bu olayın arxasında fərqli ehtimalların dayandığını iddia edir.

Telegram kanalları bildirir ki, F-16-nın məhv edilməsi Rusiya Aerokosmik Qüvvələrinin Su-35 və ya Su-57 qırıcısı tərəfindən atılan uzun mənzilli R-37 hava-hava raketi ilə həyata keçirilə bilər. Bu raket, yüksək sürətli və uzaq məsafədən hədəf məhv etmə qabiliyyəti ilə tanınır. Rusiya Müdafiə Nazirliyi isə hələlik bu iddialara münasibət bildirməyib.

Ukrayna Prezidenti Vladimir Zelenski hadisəni təsdiqləyib və bildirib ki, artıq hərbi rəhbərlikdən lazımi hesabatları alıb. Prezident, baş verənə görə "qətiyyətli və dəqiq" cavab veriləcəyini də vəd edib. Bildirilib ki, təyyarə döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə ilə bağlı başqa bir maraqlı versiyanı isə tanınmış müharibə müxbiri Yuri Kotenok irəli sürüb. Onun fikrincə, Ukraynanın öz hava hücumundan müdafiə sistemi tərəfindən yanlışlıqla vurulması, yəni “dost atəşi”, təyyarənin qəzaya uğramasına səbəb olmuş ola bilər. Bu versiya ciddi şəkildə araşdırılacaq və artıq hadisə ilə bağlı xüsusi komissiya formalaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.