Hindistanda dəhşətli yanğın: Ölənlər arasında özünü binadan atanlar var

30-04-2025, 09:56           
Hindistanda dəhşətli yanğın: Ölənlər arasında özünü binadan atanlar var
Hindistanın Kəlküttə şəhərinin mərkəzində yerləşən hoteldə baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.

Oxu.Az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə şəhər polisinin komissarı Manoj Kumar Verma bildirib.

O, hadisənin Falpatti Maçhua rayonunda yerləşən "Rituraj" hotelində baş verdiyini deyib.

Məlumata görə, həlak olanların bəziləri yanğından xilas olmaq üçün özlərini yuxarı mərtəbələrdən atanlardır.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

İlkin versiyaya görə, yanğın mətbəxdə qaz sızması səbəbindən baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru