NİDA-çı gəncə hökm– PROKUROR 9 İSTƏDİ, O İSƏ 10 İL VERDİ
26-10-2016, 00:24
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə NİDA üzvü Qiyas İbrahimov barəsində cəza təyin olunub. Gununsesi.info-nun məhkəmədə olan əməkdaşının xəbərinə görə, hakim Ənvər Seyidov proses iştirakçılarını təəccübləndirib. Belə ki, dövlət ittihamçısının 9 il müddətinə azadlıqdan məhrum etmə tələbinə 1 il də əlavə edərək, gənc fəala 10 il cəza verib. Qeyd edək ki, Ənvər Seyidov Azərbaycanın hakim korpusunda ədalətsiz hakimlərdən biri kimi tanınır.
Xatırladaq ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.