Çexiya müdafiə naziri Jana Çernoçova QƏZAYA DÜŞDÜ

Dünən, 07:34           
Çexiya müdafiə naziri Jana Çernoçova QƏZAYA DÜŞDÜ
Nazirinin olduğu avtomobil qəzaya düşüb.
Çexiyanın müdafiə naziri Jana Çernoçovanın olduğu avtomobil bu gün qəzaya düşüb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, Praqanın mərkəzində iki avtomobil toqquşub.

Praqa polisinin sözçüsü Kristina Zelinkova deyib: "Hərbi polis maşını işıqları yandırılmış vəziyyətdə hərəkətdə olarkən onu başqa bir mülki avtomobil vurub".

Toqquşma yol ayrıcında baş verib və nəticədə tramvayın hərəkəti təxminən on dəqiqə dayanıb.

Qeyd olunur ki, Çexiyanın müdafiə naziri tutduğu vəzifəyə görə hərbi maşından və hərbi polisin təmin etdiyi mühafizədən istifadə edir.

Çexiya Müdafiə Nazirliyinin sözçüsü David Şima faktı təsdiqləyib: "Mən təsdiq edə bilərəm ki, bu gün günorta nazirin avtomobili Praqanın mərkəzində qəzaya düşüb. İştirakçılardan heç biri xəsarət almayıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.