Dəniz suyunun görmə qabiliyyətimizə zərərləri məlum oldu
Bu gün, 12:46
Duzlu suda çimdikdən sonra insanın görmə qabiliyyəti müvəqqəti olaraq pisləşə bilər.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu iddia ilə oftalmoloq Xədicət Süleymanova çıxış edib.
"Dəniz suyu gözyaşı pərdəsini - gözün səthindəki qoruyucu təbəqəni yuyur. Bu olmadan gözün buynuz qişası (gözün şəffaf ön hissəsi) həssas olur, qıcıqlanma və iltihablanma riski artır. Həssas insanlarda duzlu su ilə qısa təmas belə qızartı, yanma ilə müşahidə olunur", - deyə mütəxəssis qeyd edib.
Bundan əlavə qeyd olunub ki, dəniz suyu gözdə keratit, konyunktivit, blefaritin kimi iltihabı xəstəliklərin yaranmasına səbəb ola bilər.