İsti havalarda ən tez xarab olan meyvələrin adları açıqlandı

Bu gün, 12:38           
İsti havalarda ən tez xarab olan meyvələrin adları açıqlandı
Qovun, portağal, manqo və badımcanları +10-dan +14 °C-ə qədər olan temperatur şəraitində təhlükəsiz saxlamaq olar, armud, ərik və alma isə istiyə məruz qaldıqda xarab olmağa və bakterial çirklənməyə daha həssasdır.

Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında qida təhlükəsizliyi eksperti Nataliya Fomenko bildirib.

O deyib ki, temperatur yüksəldikdə, meyvənin səthi və lət hissəsi mikroorqanizmlərin çoxalması üçün əlverişli olur, bu isə öz növbəsində qida zəhərlənməsinə səbəb olur.

"Yetişmək üçün isti yerdə qalan yaşıl pomidorları belə 20 °C-dən yuxarı temperaturda saxlamaq olmaz. Bu temperatur quru meyvələr də daxil olmaqla maksimumdur, ona görə də bütün məhsullar qaranlıq, sərin yerdə saxlanmalıdır", - deyə qida mütəxəssisi vurğulayıb.

Mütəxəssis xatırladıb ki, soğan, sarımsaq armud, ərik, şaftalı, alma soyuğu daha çox sevən meyvə və tərəvəzlərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru