Ağır (120 kq-a qədər) və yüngül çəkidə (93 kq-a qədər) keçmiş ikiqat UFC çempionu 38 yaşlı amerikalı Con Cons pərəstişkarlarının tənqidinə cavab verib.
Oxu.Az xəbər verir ki, Cons "X" sosial şəbəkəsindəki səhifəsində yazıb:
"Mən dərhal dəqiqləşdirməliyəm - əbədi çempion. UFC-də qazandığım bütün uğurlardan sonra, yenə də hər səhər oyandıqda özümü dünya çempionu kimi hiss edirəm. Bu hissi heç kim məndən ala bilməyəcək", - idmançı bildirib.
Qeyd edək ki, amerikalı idmançı 2008-ci ildən 2024-cü ilə qədər peşəkar yarışlarda iştirak edib. Onun hesabında 28 qələbə və bir məğlubiyyət var.
Bir çox analitiklər və döyüşçülər onu qarışıq döyüş sənəti tarixində ən böyük döyüşçü hesab edirlər.