Venesuelada güclü zəlzələ baş verib Bu gün, 09:55 Venesuelada 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələnin episentri 244 min əhalisi olan Valera şəhərindən 68 kilometr şimal-qərbdə yerləşib.Güclü zəlzələnin ocağı yerin 8 kilometr dərinliyində qeydə alınıb.Hələlik zərərçəkənlər və dağıntılar barədə heç bir məlumat daxil olmayıb. Facebook-da paylaş