Bakıda məşhur şirkətin daha bir qanunsuz əməli: Gecə yarısı... - VİDEO

Bu gün, 10:28           
Bakıda məşhur şirkətin daha bir qanunsuz əməli: Gecə yarısı... - VİDEO
Gecə saatları olmasına baxmayaraq “Avant Group” MTK Bakıda qazıntı işləri aparaq sakinlərin rahatlığını pozur.

Bununla bağlı görüntüləri teleaparıcı Nigar Sabirqızı feysbuk hesabında paylaşıb.

O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində fakt təsdiqini tapmışdı. (Qafqazinfo)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru