KİV: Ukrayna hücuma hazırlaşır

Bu gün, 10:31           
KİV: Ukrayna hücuma hazırlaşır
ABŞ Prezidenti Donald Tramp Ukraynanın döyüş zonasında yeni hücum planlaşdırdığına və ABŞ kəşfiyyatının dəstəyinə ehtiyac duyacağına dair məlumat alıb.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, son günlər ABŞ rəsmiləri Trampa döyüş meydanındakı hazırkı vəziyyətlə bağlı məlumat verib və Rusiyanın çox az irəliləyiş əldə etdiyini qeyd ediblər.

Planlaşdırılan hücumla bağlı başqa təfərrüat açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru