Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır

Bu gün, 08:48           
Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır
Avropa İttifaqı Ukrayna üçün təzminat krediti 130 milyard avroya qədər ola bilər.

APA xəbər verir ki, “Reuters“in rəsmilərə istinadən yaydığı məlumata görə yekun məbləğ Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılacaq.

Kredit Kiyevin hərbi səylərini maliyyələşdirməyə kömək etmək üçün istifadə olunacaq.

Ukrayna onu yalnız gələcək sülh sazişi çərçivəsində Rusiyadan təzminat aldıqdan sonra ödəyəcək.

Avropada saxlanılan təxminən 210 milyard avro dəyərində olan Rusiya aktivlərinin əksəriyyəti Belçikanın “Euroclear” mərkəzi depozitarında saxlanılır.

“Euroclear”dakı aktivlərin 175 milyard avrosu artıq ödəmə müddətini başa vurmuş və kredit üçün əsas yarada biləcək nağd pula çevrilmişdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru