İngiltərə Liqa Kuboku: "Mançester Siti" və "Arsenal"dan inamlı qələbə VİDEO Bu gün, 10:26 İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.Oxu.Az xəbər verir ki, başa çatan matçlarda sürpriz qeydə alınmayıb.Aşağı liqa təmsilçisi "Haddersfild"in qonağı olan "Mançester Siti" inamlı qələbə qazanıb. "Şəhərlilər" 2 cavabsız qolla mərhələ adlayıblar - 0:2.Kubokun hazırkı sahibi "Nyukasl" doğma azarkeşləri önündə "Bredford"u qəbul edib. "Sağsağanlar" 4:1 hesabı ilə rəqibi darmadağın ediblər."Tottenhem" Londonda "Donkaster"ə şans verməyib. Aşağı liqa klubu paytaxt komandasının qolları qarşısında açiz qalıb - 3:0."Arsenal" səfərdə "Port Veyl"dən üstün olub. Topçulara 1/8 finala vəziqə qazanmaq üçün iki dəqiq zərbə kifayət edib - 0:2. Facebook-da paylaş