Rusiyada fərarilik (hərbi hissəni özbaşına tərk etmə) cinayətinə görə cəzanın sərtləşdirilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
Layihədə bildirilir ki, hərbi xidmətlə əlaqədar cinayət məsuliyyətindən azad edilən rusiyalıların 10 ildən 20 ilədək azadlıqdan məhrum edilməsi təklif olunur.
Qeyd edək ki, 2024-cü ilin sonlarında Dövlət Duması könüllülərin hərbi xidmətə qarşı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun qəbul etmişdi. Bu cinayətlərə əmri yerinə yetirməmək, rəhbərə qarşı müqavimət göstərmək, zorakılıq etmək, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmək, həmçinin fərarilik daxil idi.