Rusiya sərhəddən mühüm XƏBƏR: 460 min nəfərlik qoşun...

Bu gün, 00:16           
Rusiya sərhəddən mühüm XƏBƏR: 460 min nəfərlik qoşun...
Almaniyanın müdafiə naziri Boris Pistorius Baltik dənizində alman freqatının üzərindən Rusiya hərbi təyyarəsinin uçması insidentinə münasibət bildirib.
TEREF Globalinfo.az-a istinadla xəbər verir ki, nazir bu hadisəni təxribat adlandıraraq Almaniya Silahlı Qüvvələrinin (Bundesver) sayının artırılmasının vacibliyini vurğulayıb.
“Putin NATO-ya üzv dövlətləri təxribata çəkmək istəyir. O, alyansdakı zəif cəhətləri müəyyənləşdirmək ifşa etmək və onlardan istifadə etmək niyyətindədir. Ordunun artırılmasına qərar vermişik. Ola biləcək hansısa təxribat anında onlar hücuma keçə bilər”, – deyə Pistorius bildirib.
O, Almaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əsgərlərin sayının 460 min nəfərə çatdırılmasını təklif edib.
Pistoriusun sözlərinə görə, Rusiya ilə bağlı son gərginliklər NATO ölkələrinin daha sıx əməkdaşlıq etməsini və hərbi potensialını artırmasını zəruri edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru