“Plan”a düşən evlər: Sakinlər bu məlumatı haradan ala bilərlər?

Bu gün, 11:34           
“Plan”a düşən evlər:
Bakıda daha bir ərazidə fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı hazırlıq işlərinə start verilib.

Bu dəfə söküntü Nərimanov rayonunda - Dərnəgül bazarının arxasında yerləşən fərdi yaşayış evlərini əhatə edəcək. Küçə boyunca evlərdə ölçü götürülüb, hətta divarlara işarələr də qoyulub. Əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının gəldikləri bildirilir.

Hazırda layihə ilə bağlı rəsmi açıqlama verilməsə də, sakinlər arasında evlərin yaxın vaxtlarda söküləcəyi barədə məlumat dolaşır.

Qeyd edək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Eyni zamanda, ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.

Onu da qeyd edək ki, paytaxtın müxətlif ərazilərində söküntü işləri həyata keçirilir. Bəzi vətəndaşlar isə yaşadıqları ərazidə söküntü işlərinin aparılıb-aparılmayacağı, ərazinin “palana” düşüb-düşmədiyi barədə məlumata malik ola bilmirlər. Bu isə sakinləri müxətlif problemlərlə üz-üzə oyur. Xüsusilə də evlərin satışı, təmirində qərar verilməsi çətinləşir.

Paytaxt sakinləri 2040-cı ilə qədər evlərinin plana düşəcəyi barədə məlumatı haradan öyrənə bilərlər? Belə bir məlumat bazası varmı?

“Cebheinfo.az”-ın araşdırması göstərib ki, belə bir məlumat bazası yoxdur.

Yəni indiki halda sakinlər evlərinin sökülüb-sökülməyəcəyi barədə məlumatı heç bir orqandan əldə edə bilmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru