Avropa İttifaqı (Aİ) Moldovaya sözdə deyil, maliyyə və enerji sahələrində kömək etməlidir .
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Aİ Moldovaya təkcə söz və ya siyasi jestlə deyil, maliyyə və enerji ilə kömək etməlidir", - Ukrayna lideri deyib.
O qeyd edib ki, Avropa dəstəkləməsə, Kişineunu Gürcüstanın taleyi gözləyir.
Moldovanın keçmiş prezidenti İqor Dodon daha öncə bildirib ki, hazırkı lider Maia Sandu tanınmamış Dnestryanı Moldova Respublikasına hücuma hazırlaşır. İddiaya görə, avropalı müttəfiqlər Kişineunu Dnestryanıda Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur edəcəklər.