“Tesla”da robot işçiyə xəsarət yetirib - 51 milyon dollar təzminat istəyir

Bu gün, 11:08           
“Tesla”da robot işçiyə xəsarət yetirib -
“Tesla”nın Kaliforniya ştatındakı Fremont zavodunun texniki işçisi Peter Hinterdobler sənaye robotunun onu yıxaraq ciddi xəsarət yetirməsindən sonra 51 milyon dollarlıq iddia qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Independent” yazır.

“O dedi ki, yaramaz robot qəfildən və xəbərdarlıq etmədən onu vurub, nəticədə 50 yaşlı işçi ağır xəsarətlər alıb və tibbi xərcləri ödəməkdə çətinlik çəkib”, - nəşr qeyd edir.

Peter Hinterdoblerin şikayətinə görə, mexaniki qol ona əhəmiyyətli qüvvə ilə zərbə endirərək, onun yerə yıxılmasına və huşunu itirməsinə, həmçinin digər xəsarətlər almasına səbəb olub.

Qeyd edək ki, hadisə 22 iyul 2023-cü ildə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru