AZƏRBAYCANDA TIR SÜRÜCÜSÜ ÖZÜNÜ MAŞININDA ASDI – Banka borcu olduğu üçün sərhəddən geri qaytarılıb / Video

Bu gün, 10:08           
AZƏRBAYCANDA TIR SÜRÜCÜSÜ ÖZÜNÜ MAŞININDA ASDI –
Azərbaycanda TIR sürücüsü özünü asıb.

Hurriyyet.az-a bu haqda video-görüntülər təqdim edən oxucumuzun sözlərinə görə, sürücünün özünü asmasına səbəb Azərbaycanı tərk etməsinə qadağa qoyulmasıdır.

Məlumata əsasən, 77-HM-962 dövlət nömrə nişanlı yük avtomobili sürücüsünün banka borcu olduğu üçün ölkədən çıxışına “STOP” qoyulub və nəticədə yüklü maşınla sərhəddən geri qaytarılıb. O, maşınına yüklədiyi malın sahibinə külli miqdarda vəsait ödəmək məcburiyyəti qarşısında qalacağını bildiyi üçün az sonra öz canına qıyıb.

Mövzu ilə əlaqədar daha ətraflı məlumat verməyə çalışacağıq. Aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru