Biləcərinin bələdiyyə sədri həbs olundu - Ziya Məmmədovun adamı imiş?

18-06-2015, 23:04           
Biləcərinin bələdiyyə sədri həbs olundu - Ziya Məmmədovun adamı imiş?
Biləcəri sakinlərindən şok məlumat daxil olub

Məlumatda deyilir ki, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Qəsəbə sakinlərinin verdiyi məlumata görə hazırda İlham Xəlilovu postunda Hikmət adlı şəxs əvəz edir.

Əməkdaşımız Biləcəri bələdiyyəsi ilə telefon əlaqəsi saxlayıb. Sədrin katibəsi əməkdaşımıza bildirirb ki, keçən həftə yeni sədr seçilib. Yeni sədr əvvəl bələdiyyənin üzvü olan Hikmət Quliyevdir. Keçmiş sədr ilə bağlı suala isə katibə cavab verməyib.(Qafqaz Xəbər Agentliyi).

Onu da qeyd edək ki, İ.Xəlilovun nəqliyyat naziri Ziya Məmmədovun "çətir"i altında olduğu haqda mətbuatda çoxsaylı təkzib olunmayan yazılar dərc olunub. (mia.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru