Rusiyada kişi 418 dəfə klinik ölüm keçirib

Dünən, 16:06           
Rusiyada kişi 418 dəfə klinik ölüm keçirib
Rusiyanın Perm diyarının Vereşaqino şəhərində əsl tibbi möcüzə kimi qiymətləndirilə biləcək hadisə baş verib. 53 yaşlı Yaroslav adlı şəxs 418 dəfə klinik ölüm keçirib və hər dəfə yenidən həyata qaytarılıb.
Bu barədə kp.ru məlumat yayıb.

Belə ki, 2019-cu ildə ürək tutmasından sonra Yaroslavda mədəcik taxikardiyası inkişaf edib. 2025-ci ilin martında ona kardioverter-defibrilyator - ürək ritminə davamlı nəzarət edən cihaz implantasiya edilib.

Adətən, bu tip cihazlar enerji doldurulmadan təxminən beş il müddətində fəaliyyət göstərir. Lakin iyul ayında Yaroslav təcili xəstəxanaya yerləşdirilib. Sən demə, cihazın enerjisi cəmi dörd ay ərzində tamamilə tükənib ki, bu da həkimlər üçün gözlənilməz olub.

Müayinələr zamanı məlum olub ki, bu müddət ərzində defibrilyator 418 dəfə işləyərək Yaroslavı klinik ölümdən xilas edib, həmçinin 3 500 aritmiya tutması qeydə alıb. Əgər cihaz hər dəfə vaxtında işə düşməsəydi, bu 418 halın hər biri ölümcül ola bilərdi.

Yaroslav bu hadisədən sonra beş saat davam edən əməliyyat keçirib. Hazırda evə buraxılıb və normal həyata uyğunlaşmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru