Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - YENİ QANUN

Dünən, 16:34           
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - YENİ QANUN
Rusiya Prezidenti Vladimir Putin, xüsusilə ağır cinayət törətmiş şəxslərin əldə etdikləri Rusiya Federasiyası vətəndaşlığından məhrum edilə bilməsi ilə bağlı qanunu imzalayıb.

Referans xəbər verir ki, yenilik yalnız vətəndaşlıq yolu ilə Rusiya pasportu almış şəxslərə aiddir.

Sənədə əsasən, yetkinlik yaşına çatmayanların öldürülməsi və zorlanması, terror fəaliyyətinin təbliği, terror təşkilatlarında iştirak, habelə Rusiyanın maraqlarına qarşı yönəlmiş xarici dövlətlərlə əməkdaşlıq kimi ağır cinayətlərdə təqsirli bilinən şəxslər vətəndaşlıqdan məhrum edilə bilər.

Təşəbbüs ölkənin təhlükəsizliyini təhdid edən, əxlaqi-hüquqi normaları pozan hərəkətlərə görə məsuliyyəti artırmaq məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru