Dünyaşöhrətli pop ulduzu Castin Timberleykə Laym xəstəliyi diaqnozu qoyulub.
Bu barədə məlumatı musiqiçinin özü "Instagram" səhifəsində pərəstişkarları ilə bölüşüb.
Timberleyk xəstəliyin nə vaxt aşkarlandığını açıqlamayıb. O bildirib ki, diaqnozla bağlı əvvəlcə danışmaq istəməyib, çünki həmişə belə şeyləri özümdə saxlamağı öyrədiblər. Lakin müğənni hekayəsinin yanlış anlaşılmaması üçün açıq danışmağa qərar verib.
Qeyd edək ki, Laym xəstəliyi gənələr vasitəsilə yayılan təbii ocaqlı infeksiyadır. Bu xəstəlik dəriyə, oynaqlara, sinir sisteminə və ürək-damar sisteminə zərər yetirə bilər.