Beynəlxalq aləmdə İran-İsrail müharibəsinin qlobal proseslərə və Azərbaycana təsirləri

Dünən, 15:38           
Beynəlxalq aləmdə İran-İsrail müharibəsinin qlobal proseslərə və Azərbaycana təsirləri
2025-ci il 13 iyun tarixində səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu ilə başlayan və İranın əks-reaksiya verməsi ilə davam edən müharibə dünyada böyük rezanas doğurdu.
İsrail Müdafiə Qüvvələri və Mossad tərəfindən həyata keçirilən hərbi əməliyyatlar İranın nüvə obyektlərinə qarşı istiqamətlənmişdir. 8 il davam edən İran-İraq müharibəsindən sonra İrana edilən ən böyük hücum idi. Yüksəkrütbəli komandirlərin məskunlaşdığı məhəllələr və hərbi bazalar da daxil olmaqla, Tehranda partlayışlar baş verdi. Partlayışlar ölkənin ən mühüm nüvə obyektlərinin yerləşdiyi ərazilərdə İsfahan vilayətinin Natanz şəhərində, Xondab və Xürrəmabad da qeydə alınıb. Hücumlar zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, nüvə alimləri Fereydun Abbasi və Məhəmməd Mehdi Tehrançi də öldürülüb. İsrailin İrana qarşı hərbi əməliyyatlarının əsas səbəblərindən biri də İranda bərqərar olunan hazırki, hakimiyyətin devrilməsidir. Digər səbəblərdən biri də İranın uranın zənginləşdirilməsinin qarşısının alınmasıdır. Çünki, İran hazırda uranı 60% saflığa qədər zənginləşdirir, bu da silah səviyyəsinə yaxındır və daha təkmil sentifuqalar quraşdıraraq nüvə inkişafını sürətləndirir. Hücumdan bir gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) 20 ildə ilk dəfə İranın nüvə öhdəliklərinə əməl etmədiyini müəyyən etdi. Hətta siyasi təhlilçilərdə xəbərdarlıq edirlər ki, bu fəaliyyətlər hər hansı bir məqbul mülki, məqsəddən qat-qat artıqdır. Hərbi əməliyyatlarının gedişatında iyun ayının 13-də İran da İsrailə qarşı sərt cavab verəcəyini bildirdi. Qeyd edildi ki, İranda İsrail və ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarına hücum edəcəklər. ABŞ-da eyni zamanda İraqdakı bəzi əsgərlərini evakuasiya etdi və həmçinin ABŞ öz əsgərlərinin ailə üzvlərinin regionda təxliyəsinə başladı. İsrail Müdafiə Qüvvələrinin briqada generalı Efi Defrinin sözlərinə görə, İran ilkin cavab olaraq səhər saatlarında İsrailə doğru 100-dən çox pilotsz uçuş aparatı ilə hücum edib. Puanın bəziləri hava məkanında İordaniya Hərbi Hava Qüvvələri tərəfindən, bəziləri isə Səudiyyə Ərəbistanı və Suriya üzərində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub. İranın dövlət xəbər agentliyi İRNA yüzlərlə raketin atıldığını bildirsə də, İsrail Müdafiə Qüvvələri hücum zamanı 100-dən az ballistik raketin buraxıldığını qeyd ediblər.
Bəs İsrail və İran necə düşmən oldu?
1979-cu ilədək yəni İslam İnqilabına qədər İran və İsrail bir-biriylə sülh içində yaşayırdı.
Hətta 1948-ci ildə yeni yaranan İsrail dövlətini tanıyan ikinci islam dövləti məhz İran olmuşdur. İsraili tanıyan ilk müsəlman dövləti isə Misir idi. O dövrdə Yaxın Şərqdə və ABŞ-ın ən böyük müttəfiqlərindən biri sayılan İranı monarxiya idarə üsulu ilə idarə edən Pəhləvilər sülaləsi hakimiyyətdə idi.
Bu səbəbdən İsrail dövlətini quran ilk hökümət rəhbəri David Ben-Qurion ərəb qoşunlarının yeni yəhudi dövlətini təcrid etməməsi üçün İranla dostluğa can atırdı.
1979-cu ildə Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi ilə baş verən İslam İnqilabı nəticəsində şah taxtdan endirildi.
İranda qurulan yeni hakimiyyət ABŞ onun müttəfiqi İsrailin “imperializmini” rədd edən, təzyiq altında olan torpaqları müdafiə etməyə əsaslanan bir dövlət qurmağa çalışdı.
Ayətullah Xomeyninin rəhbərliyi altında olan ölkə İsraillə olan bütün əlaqələrini kəsdi və İsrail vətəndaşlarının pasportlarını tanımaqdan imtina etdi.
Tehrandakı İsrail səfirliyi ələ keçirildi və binası İsrail hökümətinə qarşı mübarizə aparan və Fələstin dövləti qurmaq istəyən Fələstin Azadlıq Təşkilatına verildi.
Bu səbəbdən İran Fələstin dövlətinə böyük rəğbət bəsləyir. İsrailə qarşı düşmənçilik münasibətləri də buradan qaynaqlanır.
Yəni İran dövləti “müsəlman ərəb ölkələrinin diqqət yetirmədiyi Fələstin məsələsinə dəstək verən pan-islamçı bir güc kimi” göstərməyə başladı.
Artıq Xomeyni Fələstin məsələsinə öz şəxsi məsələsi kimi yanaşmağa başladı.
Digər tərəfdən də, İsrailin İrana qarşı düşmənçilik siyasəti 1990-cı illərə qədər ortaya çıxmadı. Buna da səbəb Yaxın Şərqdə Səddam Hüseyn rejiminin daha güclü olması idi.
Hətta, 1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsində ABŞ-ın İraqa qarşı istifadə etdiyi silahlar gizli şəkildə məhz İrana yönəldimişdir.
Bu da onu bir daha sübut edir ki, ABŞ və İran arasında gedən mübarizənin səbəblərindən biri də Yaxın Şərqdə İsrailin nüfuzunu daha da gücləndirməkdir.
İran-İsrail müharibəsinin regiona və Azərbaycana təsirləri necə olardı?
12 gün davam edən İran-İsrail müharibəsi regionda nüvə təhdidini artırırdı.
Digər tərəfdən də İranla qonşu olan ölkələrə o cümlədən Azərbcana “qaçqın dalğası” qaçılmaz idi. Regionda həm hərbi, həm siyasi, həm də iqtisadi problemlərə gətirib çıxarırdı. İran-İsrail müharibəsi Yaxın Şərqdə və Cənubi Qafqazda o cümlədən Azərbaycanda təhlükəsizlik sahələrində də ciddi təsirlərə səbəb ola bilərdi.
1. Təhlükəsizlik və geosiyasi risklər

Cənubi Qafqazda gərginlik arta bilər:
İranla qonşu olan və İsrailllə strateji əməkdaşlıq edən Azərbaycan bu münaqişədə dolayı yollarla təzyiqlərlə üzləşə bilər.

İran tərəfindən sərhəd yaxınlığında hərbi fəaliyyətlər artarsa, Azərbaycanın cənub bölgələrində (əsasən, Astara, Lənkəran, Biləsuvar) narahatlıq və qeyri-sabitlik yarana bilər.

Kiberhücumlar və təxribat riski:
İsrail-Azərbaycan əlaqələrinə görə İran tərəfi kibertəxribat və dezinformasiya əməliyyatları təşkil edə bilər.

2. İqtisadi təsirlər

Enerji bazarında qiymət dalğalanmları: Müharibə neft və qaz qiymətlərində sıçrayşlara səbəb ola bilər. Bu, Azərbaycanın enerji gəlirlərini qısa müddətdə artıra bilər, amma qlobal bazarda qeyri-sabitlik uzunmüddətli strateji planlamanı çətinləşdirər.

İranla ticarətə təsir: İranla sərhəd ticarəti zəifləyə və Astara gömrüyündə yük axınında azalma ola bilər.

Regional layihələrə təhlükə: Zəngəzur dəhlizi, Cənubi Qaz Dəhlizi kimi strateji kommunikasiya layihələri təsirlənə bilər.

3. Diplomatik balans və beynəlxalq mövqe

Azərbaycan münaqişədə neytral mövqe saxlamağa çalışsa da, İsraillə əməkdaşlığı və İranla həssas münasibətləri səbəbilə diplomatik təzyiqlərə məruz qala bilər.
Türkiyə və ABŞ-ın Azərbaycana dəstəyi önə çıxar, bu da İranla gərginliyi daha da artıra bilər.

Azərbaycanın Şiə əhalisinin duyğularının manipulyasiya riski arta bilər (İran tərəfindən məzhəb əsaslı təbliğat ehtimalı).

4. Sosial və informasiya mühiti

Müharibə zamanı dezinformasiyanın artması, sosial şəbəkələrdə təşviş, panika və İran yönlü təbliğatın yayılması ehtimalı var.

Cəmiyyətin bölünməsi və radikallaşma riskləri: İran-Azərbaycan arasında dini və ideoloji zəminli gərginliklər baş qaldıra bilər.

Nəticə

İran-İsrail müharibəsi Azərbaycan üçün birbaşa deyil, dolayı və çoxşaxəli təsirlərə malik ola biləcək bir təhlükədir. Azərbaycan öz geosiyasi mövqeyi, İranla sərhəd qonşuluğu, İsraillə strateji münasibətləri səbəbilə bu gərginliyin tam ortasında qalır.

Pərvanə Abbasova
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru