Rusiya NATO-ya qarşı HƏRƏKƏTƏ KEÇİR – S-400-ləri Königsberqə YERLƏŞDİRDİ Dünən, 16:46 Rusiya Kalininqrad (tarixi adı ilə Koenigsberq) vilayətini alınmaz hərbi qalaya çevirib.Referans xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov açıqlama verib.Onun sözlərinə görə, bölgə ən müasir S-400 "Triumf" zenit-raket sistemləri və müxtəlif növ zərbə silahları ilə təchiz olunub.“NATO tərəfindən istənilən təcavüzə qarşı Rusiya ildırım sürəti ilə cavab verməyə hazırdır”, – deyə deputat bildirib.Juravlyov qeyd edib ki, Rusiya NATO-nun istənilən təcavüzünə ildırım sürəti ilə cavab verməyə hazırdır( Musavat.com) Facebook-da paylaş