ABŞ və Meksika ticarət üzrə razılığa gəldilər

Dünən, 15:48           
ABŞ və Meksika ticarət üzrə razılığa gəldilər
ABŞ və Meksika iki ölkə arasında mövcud ticarət razılaşmalarının müddətini 90 gün uzatmaq və ticarət üzrə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

Bildirilib ki, qərar Ağ Ev rəhbərinin meksikalı həmkarı Klaudiya Şeynbaumla telefon danışığının nəticələri üzrə qəbul edilib.

"Meksika fentanil üçün 25%, avtomobillər üçün 25%, polad, alüminium və mis üçün 50% rüsumları ödəməyə davam edəcək. Meksika həmçinin çoxsaylı qeyri-tarif ticarət maneələrini dərhal ləğv etməyə razılaşıb.

ABŞ və Meksika sərhəddən narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlığı davam etdirəcəklər", - deyə Tramp vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru