Polis bölməsində jurnalistin üstünə silah çəkilərək məcbur ediblər ki,…

14-02-2017, 10:24           
Polis bölməsində jurnalistin üstünə silah çəkilərək məcbur ediblər ki,…
Neftçalada Nia.az saytının baş redaktoru həbs edilib.

Bu barədə jurnalist özü məlumat verib.

Onun sözlərinə görə,dünən gecə naməlum şəxslər (3 – ü polis formasında olmaqla) jurnalistin oturduğu kafeyə daxil olaraq heç səbəbsiz onu polis şöbəsinə aparıblar.DİN-nin 102 qaynar xəttinə zəng vurub şikayət edən Bəhruz Əliyevi orda döyərək məcbur edilib ki,dərhal qaynar xətti yığıb şikayətini geri götürsün.Bununla razılaşmayan jurnalistin üstünə silah çəkilərək məcbur ediblər ki, təkrar 102 xidmətinin çıxıb şikayətini geri götürsün.Çarəsiz deyilənləri edən Bəhruz Əliyev bir müddətdə sonra hədə-qorxu ilə sərbəst buraxılıb.

Xatırladaq ki Bəhruz Əliyevin Neftçala rayonunda yaşaması və rayonda məmur özbaşnalıqları ilə bağlı araşdırma yazılarından tanıyırıq.Mətbuatda “icra başçısı ilə yola getməyən adam” obrazını formalaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru