Ağdama gedən jurnalist yoxa çıxıb – Polisdən açıqlama

3-03-2017, 19:55           

Bir neçə gün əvvəl cəbhə bölgəsinə yollanan jurnalist İlqar Vəliyevdən xəbər almaq mümkün deyil. teref.az bakipost.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə məlumat yayıblar.
Onlar hazırda İ. Vəliyevə zəng çatmadığını bildiriblər. Bəziləri jurnalistin döyüldüyünü iddia edirlər. Jurnalistin Ağdam polisi tərəfindən saxlanıldığını da yayılan xəbərlər içərisindədir.
Bakipost.az məsələ ilə bağlı Ağdam rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirilib ki, İlqar Vəliyev adda bir şəxs saxlanılmayıb: “Bizə səhər saat 10:00-dan bununla bağlı zənglər gəlir. Amma bizdə bu adda adam yoxdur. İlqar Vəliyev adlı vətəndaşı saxlamamışıq”.
İlqar Vəliyev bir neçə mətbuat orqanında çalışıb, hazırda onun Azadlıq Radiosu ilə əməkdaşlıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru