"Həbsə alternativ cəza varsa, onu tətbiq etmək lazımdır" - Ali Məhkəmənin kollegiya sədri

4-03-2017, 16:46           
"Həbsə alternativ cəza varsa, onu tətbiq etmək lazımdır" - Ali Məhkəmənin kollegiya sədri
”Azərbaycanda az ağır cinayətlərin sayı artmasa da, dinamikası qalır”.

APA-nın məlumatına görə, bunu Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib.

O bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı bəzi nöqsanlar var və məsələlər Ali Məhkəmənin plenum iclasında müzakirə ediləcək: "Maddələri yazmaqla, hakim kifayətlənir ki, bu adam qaça bilər və yaxud istintaqa təsir edə bilər. Əgər istintaq sübutları toplanılıbsa, hamı dindirilibsə, hansı təsirdən söhbət gedə bilər? Həbsdə saxlama müddətinin artırılmasında da problem var. Müstəntiq təqdimat yazır, məhkəmə təmin edir. Müstəntiq də gedib istintaq hərəkəti aparmır. Arxayın olur ki, hələ müddətin bitməsinə var. Cinayət Məcəlləsini götürüb hökmə köçürmək lazım deyil. Həbsə alternativ cəza varsa, onu tətbiq etmək lazımdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru