Kalininqradda 17 yaşlı qızı zorlayan və “Kalaşnikov”la silahlanan Murad yaxalandı

10-03-2017, 00:15           

Rusiyanın Kalininqrad vilayətində yerli sakinlərdən biri polisə zəng vuraraq Azərbaycan vətəndaşı olan gəncin onun 17 yaşlı qızını zorladığı haqda məlumat verib.

Şikayətçi bildirib ki, həmin gəncin adı Muraddır və şəhərdəki yataqxanalardan birində yaşayır. Bu məlumat əsasında polis axtarışa başlayıb və cinayətkarın yerini müəyyən edib. Onun yaxalanması üçün əməliyyat keçirilərkən 25 yaşlı Murad yataqxanadan atılaraq qaçmağa çalışıb.

Lakin buna müvəffəq olmayıb. Saxlanılarkən onun əlində içərisinə “Kalaşnikov” avtomatı qoyulmuş çanta da olub. Avtomatın zavod nömrəsi silinibmiş və qundağı sökülübmüş. Regional İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Natalya Qatsko deyib ki, avtomat atəşə yararlı deyil, bu səbəbdən qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi qaldırılmayıb.

Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru